BANK

"Asan İmza" hansl banklarda var?
29 APREL
444

"Asan İmza" hansl banklarda var?

2016-04-29 17:22:00

Azərbaycanda 9 bank onlayn bankçılıq sistemlərində “Asan İmza” – mobil elektron imzadan istifadə edir. Bu barədə fins.az-a “Asan İmza”nın yaradıcısı və operatoru olan “B.EST Solutions” şirkətindən məlumat verilib. Məlumata görə, bunlar “Bank Respublika”, “PAŞA Bank”, “Bank of Baku”, “Yapı Kredi Bank (Azərbaycan)”, “Accessbank”, “Nikoilbank”, “Kapital Bank”, “Bank VTB (Azərbaycan)” və “Unibank”dır. Bu bankların müştəriləri hesabların açılması, kredit sifarişi, valyuta mübadiləsi və köçürülməsi, hesablara dair məlumatın əldə edilməsi və s. kimi xidmətlərdən günün istənilən vaxtında sadəcə mobil telefonun köməyilə yararlana bilər. Yəni həmin xidmətlər “Asan İmza” istifadəçisinin mobil telefonundadır və fasiləsiz olaraq istifadəyə açıqdır.

Xatırladaq ki, “Asan imza” texnologiyası banklara maksimum dərəcədə təhlükəsiz və rahat şəraitdə elektron bankçılıq xidmətlərini təqdim etməyə imkan verir. Hazırda “Asan İmza” sadəcə mobil telefon vasitəsilə tələb olunan bütün əməliyyatları elektron qaydada həyata keçirməyə və sənədləri hüquqi baxımdan qanuni olan elektron imza ilə imzalamağa imkan verən yeganə mobil imza xidmətidir. “Asan İmza” xidməti elektron mühitdə fərdi məlumatların və əməliyyatların tam təhlükəsizliyini və toxunulmazlığını təmin edir, bu isə “Asan İmza” texnologiyasının öz növbəsində elektron mühitdə şəxsiyyətin təyin edilməsi məqsədilə istifadə olunan digər ənənəvi alətlərlə müqayisədə ən mühüm üstünlüyüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275