BANK

Kredit ittifaqlarına pul verən tapıldı
29 APREL 2016
948

Kredit ittifaqlarına pul verən tapıldı

2016-04-29 13:09:00
Azərbaycanda fəaliyyət göstərən 25 kredit ittifaqının hər birinə 50 min manat, ümimilikdə 1,25 milyon manat kredit ayrılıb. Bu barədə fins.az-a Azərbaycan Kredit İttifaqları Assosiasiyasından (AKİA) məlumat verilib. Məlumata görə, krediti İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən, illik 1%-lə ayırıb.

Eləcə də bax: Eləcə də bax: «Bizim bütün kreditlərimiz problemlidir» – KREDİT TƏŞKİLATI

Vəsaitin ayrılması üçün kredit ittifaqları sahibkarlardan topladıqları biznes-olanları hökumətə təqdim ediblər. Aprelin 15-də SKMF pulun verilməsi barədə qərar qəbul edib. Kredit ittifaqları cəlb etdikləri vəsaiti adambaşına 5 min manat olmaqla 250 sahibkara borc kimi verib. İş adamlarına kredit illik 6%-lə, 3 il müddətinə ayrılıb. Güzəştli şərtlərlə kredit alanlar heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlardır.
 
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları uzun müddətdir ki, maliyyə problemi ilə üzləşib. Dövlət xətti ilə maliyyələşmənin dayandırılması mikromaliyyə qurumlarını bağlanmaq təhlükəsi qarşısında qoyub. 

Eləcə də bax: AKİA-nın rəhbərliyi dəyişdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296