BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
29 APREL
735

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-04-29 12:00:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Azərbaycan Sənaye Bank” və “Parabank”dır. Fins.az xəbər verir ki, bu banklarda Amerika valyutası 1,5000 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Bank VTB (Azərbaycan)”dır. Bu bankda alış qiyməti 1,4600 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank of Baku”, “Bank BTB” və “Parabank”dadır. Bu bank dolları 1,5150 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bankda satış qiyməti 1,5644 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan banklar “Parabank”dır – 1,7050 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Bank of Baku” və “Bank Respublika”dır - 1,6490 manata. Avronu ən ucuz “AGBank” və “Azərpoçt” satır – 1,7200 manata. Avronun ən baha satıldığı banklar isə “Bank of Baku” və “Muğanbank”dır – 1,7860 manata.

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271