BANK

50 manatla 10 min manat qazanmaq imkanı var
29 APREL
970

50 manatla 10 min manat qazanmaq imkanı var

2016-04-29 11:25:00

Aprelin 30-da “Muğanbank” ASC “Muğanbank Çek” üzrə 1-ci tirajını keçirəcək. Banadan fins.az-a verilən məlumata görə, “Muğanbank Çek”-lər üzrə tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edir. Maksimum uduş məbləği 10 000 AZN-dir.

Bank tərəfindən 10 mln. manat dəyərində 200 000 ədəd “Muğanbank Çek” dövriyyəyə buraxılıb. Hər Çekin nominal dəyəri 50 manatdır. “Muğanbank Çek” sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.

“Muğanbank Çek” dövriyyədə olduğu müddətdə çek sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək. Muğanbank Çek sahibləri çekləri istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər.

Uduşa düşmüş istiqrazların nömrələri ilə “Xalq qəzeti”nin tirajdan sonrakı növbəti nömrəsində, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz. Canlı yayımı qeyd olunmuş “link”dən izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275