BANK

"Bank Standard": Əmanətləri hissə-hissə qaytarırıq
29 APREL
1000

"Bank Standard": Əmanətləri hissə-hissə qaytarırıq

2016-04-29 10:44:00

"Bank Standard" QSC-də restrukturizasiya tədbirləri həyata keçirilir. Tədbirlər bankın bəzi maliyyə göstəricilərinin banklar üçün müəyyən edilmiş normativlərə uyğunlaşdırılması məqsədilə aparılır. Hazırda bəzi qeyri-sağlam şayiələr nəticəsində böyük ölçülü əmanətlərin vaxtından əvvəl geri götürülməsinə dair müştəri müraciətlərinin böyük əksəriyyəti bu tədbirlərin aparıldığı vaxtla üst-üstə düşüb. 

Fins.az xəbər verir ki, bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, hadisələr üst-üstə düşdüyündən əmanətlərin hissələrlə ödənilməsi zərurəti yaranıb. "Sözsüz ki, baş verənlər müştərilər arasında narahatlıq doğurub. Müştərilər arasında yaranmış narahatlığın aradan qaldırılması üçün biz onlarla fərdi qaydada görüşlər keçiririk, baş verənlərin təfərrüatlarını izah edirik. Bir bank olaraq müştərilər arasında yaranan narahatlığı anlayışla qarşılayır, baş verənlərin müvəqqəti xarakter daşıdığını bildiririk. Digər bank əməliyyatlarına gəlincə, onların hamısı həm adi qaydada aparılır", - deyə açıqlamada qeyd edilir. 

Açıqlamada o da bildirilir ki, mövcud durumda bütün bazar iştirakçılar kimi, "Bank Standard" də müştərilərə təklif etdiyi kreditlərin məhsullarının çeşidini daraldıb: "Bu, o demək deyil ki, biz kreditləşməni dayandırmışıq. Sadəcə olaraq, bu proses bir qədər başqa formatda davam edir".

Mənbə: apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271