BANK

19 bankın 100-ə yaxın işçisi şahmatda yarışacaq
28 APREL
182

19 bankın 100-ə yaxın işçisi şahmatda yarışacaq

2016-04-28 19:18:00

Azərbaycan Banklar Assosiasiyası sosial yönümlü layihələrini davam etdirir. Növbəti tədbir Azərbaycan Şahmat Federesiyası ilə müştərək layihə olanÜmummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı”nın keçirilməsidir. 

Assosiasiyadan daxil olmuş məlumatda deyilir ki, 17- 30 sentyabr 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olmpiadasının keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirin əlamətdarlığını nəzərə alaraq, Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektoruda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Azəbaycan bankları arasında analoji çempionat təşkil olunacaqdır.

29 aprel - 7 may 2016-cı il tarixlərində keçiriləcək Çempioatda 19 bankdan 100-ə yaxın iştirakçı ən güclünü müəyyən etmək üçün yarışacaqdır.

Tədbirin açılış mərasimi 29 aprel 2016-cı il tarixin də saat 16:00-da “Respublika Şahmat Mərkəzi”ndə (Klub) (Ünvan: Azərbayan prospekti, 42) baş tutacaqdır.

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272