BANK

"Zaminbank" nağd pul çatışmazlığını etiraf etdi
28 APREL
561

"Zaminbank" nağd pul çatışmazlığını etiraf etdi

2016-04-28 10:46:00

“Zaminbank”ın işçilərinə əmək haqlarını ödəyə bilmədiyi barədə səsləndirilən fikirlər yanlışdır. Fins.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədr müavini Orxan Quliyev bildirib.

“Bankımızda əməkhaqlarının ödənilməsi ilə bağlı heç bir problem yoxdur. Belə məlumatlar tamamilə əsassızdır. Müştərilərimizi narahat edə biləcək bu cür məlumatların yayılmasını pisləyirik”.

Eləcə də bax: “Zaminbank” nağd pul çatışmazlığı ilə üzləşib

Orxan Quliyev bildirib ki, bank sektorunda yaranmış bəzi çətinliklər “Zaminbank”da da mövcudur:

“Ajiotaj ilə bağlı olaraq əhali banklardan əmanətlərini vaxtından əvvəl çıxartmağa başladı. Bununla əlaqədar olaraq bankımızda nağd vəsit çatışmazlığı yaranıb. Mərkəzi Bankın normativlərinə uyğun olaraq, bankımız əmanətçilərə pullarını hissə-hissə geri ödəyir. Bankımızdan əmanətini almayan müştəri yoxdur”.

Mənbə: "Marja"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275