BANK

İpoteka kreditini hansı bankdan almaq olar? – SİYAHI
27 APREL
2454

İpoteka kreditini hansı bankdan almaq olar? – SİYAHI

2016-04-27 17:14:00

Son aylar dolların məzənnəsi ilə bağlı qeyri-müəyyənlik və eləcə də daşınmaz əmlak bazarındakı durğunluq ipoteka kreditlərinə də təsir edib. Bankların əksəriyyəti ipoteka kreditlərini dayandırıb. Ölkənin  əsas ipoteka operatoru   olan Azərbaycan İpoteka Fondunun xətti ilə də ipoteka kreditlərinin verilməsi bərpa edilməyib. 

Nəticədə hazırda ölkədə yalnız bir neçə bank belə kreditlər təqdim edir. Belə kreditloər bankın öz vəsaitləri hesabına, əsasən də yeni tikilən yaşayış komplekslərində mənzillərin alınması üçün verilir. Başqa sözlə, bu kreditlərlə əksər hallarda istənilən mənzilləri deyil, yalnız bankın partnyoru olduğu mənzilləri əldə etmək olar. Fins.az, daxili vəsaiti hesabına ipoteka krediti verən bankların siyahısını və şərtlərini təqdim edir.

Bank

Məbləğ

Müddət

İlkin ödəniş %

% dərəcəsi

Əlavə məlumat

Beynəlxalq Bank

Kristal Abşeron

40 000-120 000 AZN

20 ilə qədər

0

8%

Mənzillər Sumqayit, Xırdalan, Günəşli, Memar Əcəmi, Elmlər, Biləcəri, Qara Qarayev, Bayıl ərazilərini əhatə edir.

Beynəlxalq Bank

Şərur İnşaat

50 000-150 000

AZN

20 ilə qədər

10%

8%

Mənzillər Yeni Yasamal, Həzi Aslanov, Əhmədli, Gənclik, Sumqayıt ərazilərini əhatə edir.

Beynəlxalq Bank

Grand Hayat

-

20 ilə qədər

10%

8%

Park Azure MTK müvafiq şirkətlər qrupuna daxildir.

Beynəlxalq Bank

Melissa Park

-

20 ilə qədər

10%

8%

Yaşayış kompleksi 20 yanvar metrosundan 5 dəqiqəlik piyada yürüşdə yerləşir.

Beynəlxalq Bank

Rennesans Palas

-

20 ilə qədər

10%

8%

Bundan əlavə “Renessans Palace” müştərilərinə daxili kredit təklif edir. Faizsiz daxili kreditin ilkin ödənişi – 30% təşkil edir. Yerdə qalan məbləğ 24 aya bölünür.

Dəmir Bank

10000-200000 AZN

10 ilə qədər

25%

16%

1%

Azər Türk Bank

-

10 ilə qədər

10%

8-10%

Kreditin minimal və maksimal məbləği ilə bağlı məhdudiyyət qoyulmayıb. MTK (Mərkəzi Tikiniti Korperativi) ilə müştəri danışıqlar apardıqdan, qiymət müəyyənləşdirildikdən  sonra banka müraciət edilir. Azər Türk Bankda bankda kredit milli valyuta ilə verilir.

Rabitə Bankda  - ipoteka kreditləri mayın 5-nə qədər dayandırılıb. Bankdan verilən məlumata gör. Bu tarixdən sonra ipotek kareditlərinin bərpa olunacağı istisna deyil.

Beynəlxalq Bank ipoteka kreditlərini Kristal Abşeron, Şərur İnşaat, Xəzər İnşaat, Grand Hayat, Renezans, Melisa və digər şirkətlərin təklif etdiyi mənzil əsasında verilir. Kredit şərtləri isə müvafiq şirkətlər tərəfindən müəyyənləşdirilir.

Şərur İnşaatın təklif etdiyi mənzillərdə qiymətlər aşağıdakı kimi dəyişir.

1 otaqlı mənzillərin qiyməti təmirli- 70 min manat (hər m² 1500 AZN), təmirsiz 55 min manat (hər m² 1000 AZN)

2 otaqlı mənzillərin qiyməti təmirli 109 min manat (hər m² 1400 AZN), təmirsiz 77 min manat (hər m² 900 AZN)

2 otaqlı mənzillərin qiyməti təmirli 135 min manat (hər m² 1300 AZN), təmirsiz 83 min manat (hər m² 800 AZN)

Kristal Abşeronda 1 otaqlı mənzillərin aylıq ödənişi təxminən 385 AZN (35m²), 2 otaqlı mənzillərin qiyməti 578 AZN(53 m²), 3 otaqlı mənzillərin aylıq ödənişi 740 AZN təşkil edir.

MTK-larda qiymətlərin formalaşmasına əksər vaxtlarda aşağıdakı şərtlər təsir edir :

- Binanın tikinti vəziyyəti
- Binanın yerləşməsi
- Mənzilin mərtəbəsi
- Otaq sayı
- İpoteka müddəti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272