BANK

“Dəmirbank” bu kartların satışını dayandırdı
27 APREL
388

“Dəmirbank” bu kartların satışını dayandırdı

2016-04-27 15:12:00
“Dəmirbank” ötən ilin dekabr ayından döviyyəyə buraxdığı təmassız kartların kütləvi satışını dayandırıb. Bu barədə fins.az-a bankın Marketinq departamentinin direktoru Anar Bayramov məlumat verib.

Eləcə də bax: Banklardan birinin rəhbərliyi dəyişdi

Onun sözlərinə görə, satışa müvəqqəti fasilə verilib və 1-2 aydan sonra bərpa ediləcək: “Təmassız kartların kütləvi satışı “Dəmirbank”ın POS-terminal şəbəkəsinin genişləndirilməsindən sonra davam etdiriləcək. Hazırda bu növ kartlar yalnız əmək haqqı layihələri çərçivəsində satılır. Söhbət bankın korporativ müştərilərindən gedir və onlarunla bağladığımız müqavilə üzrə öhdəliklərə əməl edirik”.
 
Xatırladaq ki, “Dəmirbank”ın ilk təmassız kartları Azərbaycan Mərkəzi Bankının işçilərinə təqdim olunub. Hazırda digər korporativ müştərilər kimi AMB əməkdaşları da təmassız maaş kartları əldə edə bilirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272