BANK

Aktivləri azalsa da, mənfəətlə işlədi - BANKDAN HESABAT
27 APREL
390

Aktivləri azalsa da, mənfəətlə işlədi - BANKDAN HESABAT

2016-04-27 09:42:00
Bu ilin 1-ci rübünün yekununa görə, “Caspian Development Bank”ın cəmi aktivləri 120 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 7% azdır. Rüb ərzində bankın cəmi öhdəlikləri 20,8% azalaraq 55,5 milyon manat, cəmi kapitalı isə 9,3% artaraq 64,5 milyon manat olub.

Mərkəzi Banka 5 milyon manat borc qaytarıb 

3 ayın yekununda “Caspian Development Bank”ın kredit portfeli 2,6% azalaraq 106,4 milyon manat təşkil edib. Bankın depozit portfeli isə 23,2% azalaraq 32,1 milyon manat olub. Bunun 19,9 milyon manatı fiziki şəxslərin tələbli depozitləri, yəni əhaliyə məxsus əmanətlərdir. “Caspian Development Bank” ilin 1-ci rübündə Mərkəzi Bank qarşısında öhdəliklərini 15 milyon manatdan 10 milyon manata qədər azaldıb.

Qeyri-faiz əməliyyatlarından ziyana düşüb

Hesabat dövründə bankın faiz gəlirləri 2 milyon 188 min manat, faiz xərcləri 721 min manat, qeyri-faiz gəlirləri olub. “Caspian Development Bank”  qeyri-faiz əməliyyatlarından nəinki gəlir əldə edib, əksinə 197 min manat ziyana düşüb.  Bankın qeyri-faiz xərcləri isə 891 min manat təşkil edib. Beləliklə, kredit təşkilatının xalis əməliyyat mənfəəti 379 min manat olub.

5,5 milyon manat xalis mənfəət 

Bununla yanaşı, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyi 5 milyon 123 min manatı da mənfəətinə əlavbə edib. Beləliklə,“Caspian Development Bank” ilin 1-ci rübünü 5,5 milyon manat xalis mənfəətlə başa vurub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272