BANK

Mərkəzi Bankın “bəyəndiyi” bank
26 APREL
1831

Mərkəzi Bankın “bəyəndiyi” bank

2016-04-26 15:18:00

Mərkəzi Bank ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi, illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi daha bir müsabiqə keçirib. Qurumdan fins.az-a verilən məlumata görə, bu dəfəki müsabiqə 2015-ci ilin yekunlarına görə Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Elektron ticarətin inkişafında lider bankTəmassız ödəniş kartları üzrə lider bank və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank nominasiyaları üzrə keçirilib. Maraqlıdır ki, hər 5 nominasiyadan 4-də “Bank Respublika” yer tutub. 

  •  “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:

I yer        “Bank of Baku” ASC;

II yer       “Bank Silk Way” ASC ;

III yer     “Bank Respublika” ASC.

  •  “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:

I yer        “Bank Respublika” ASC;

II yer       “Bank of Baku” ASC;

III yer     “Turanbank” ASC.

  •  “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:

I yer        “Azərbaycan Beynəlxalq Bankı” ASC;

II yer       “Bank Respublika” ASC;

III yer     “Unibank” ASC.

  •  “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə:

I yer        “Dəmirbank” ASC;

II yer       “Azərbaycan Beynəlxalq Bankı” ASC;

III yer     “Bank Respublika” ASC.

  •  “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə:

I yer        “Dəmirbank” ASC;

II yer       “Azərbaycan Beynəlxalq Bankı” ASC;

III yer     “Paşa Bank” ASC.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274