BANK

İran bankı “SWIFT”-ə qoşulub
26 APREL
303

İran bankı “SWIFT”-ə qoşulub

2016-04-26 14:44:00

İran Milli Bankının Bakı filialı “SWIFT” pul köçürmələri sisteminə qoşulub. Bu barədə fins.az-a filialın baş mühasibi Elxan Rəhimli məlumat verib. Onun sözlərinə görə, bu, İslam Respublikasına qarşı sanksiyaların ləğv edilməsindən sonra mümkün olub. Artıq müştərilər “SWIFT”in fəaliyyət göstərdiyi bütün ölkələrə, o cümlədən Avropa ölkələrinə pul göndərə bilərlər. Xatırladaq ki, bundan əvvəl İran Milli Bankının Bakı filialı yalnız “Telex” sistemi vasitəsi ilə Azərbaycandan İrana və Birləşmiş Ərəb Əmirliklərinə pul köçürə bilirdi. Köçürmələr bankın bu ölkələrdəki filialları vasitəsilə həyata keçirilirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271