BANK

“AFB Bank”ın vəziyyəti məlum oldu
25 APREL
465

“AFB Bank”ın vəziyyəti məlum oldu

2016-04-25 14:21:00

Bu ilin 1-ci rübünün yekununa görə, “AFB Bank”ın cəmi aktivləri 373,6 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 19,5% çoxdur. Rüb ərzində bankın cəmi öhdəlikləri 25,4% artaraq 293,6 milyon manat, cəmi kapitalı isə təxminən 2% artaraq 80 milyon manat olub.

Eləcə də bax: “AFB Bank”ın maliyyə hesabatı - I rüb, 2016

3 ayın yekununda “AFB Bank”ın kredit portfeli 187,9 milyon manat təşkil edib. Bu da ilin əvvəlinə nisbətən 3,8% çoxdur. Bankın kredit portfelinin iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə bölgüsü belədir:

Ticarət və xidmət - 87,3 milyon manat (46,5%)

Daşınmaz əmlak - 33 milyon manat (17,6%)

Fiziki şəxslər - 21,4 milyon manat (11,4%)

Kənd təsərrüfatı və emal - 8,1 milyon manat (4,3%)

İnşaat və əmlak - 9,3 milyon manat (4,9%)

Nəqliyyat və rabitə - 0,9 milyon manat (0,5%)

Digər sahələr - 27,9 milyon manat (14,8%)

Eləcə də bax: “AFB Bank”ın 10 milyon manatı “batıb" - DETALLAR

Bankın depozit portfeli isə 42,3% artaraq 175,45 milyon manat olub. Bunun 57,85 milyon manat əhalinin əmanətləridir.

Hesabat dövründə “AFB Bank”ın faiz gəlirləri 4,1 milyon manat, faiz xərcləri 1,1 milyon manat, qeyri-faiz gəlirləri 3,8 milyon manat, qeyri-faiz xərcləri 2,2 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 4,6 milyon manat olub. Bunun 3,2 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Son nəticədə bank 1-ci rübü 1 milyon 372 min manat xalis mənfəətlə başa vurub.

Eləcə də bax: “Kapital Bank” Mərkəzi Banka 3 milyon manat borc qaytarıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272