BANK

Dollar əmanətçiləri ziyana gedirlər
25 APREL
879

Dollar əmanətçiləri ziyana gedirlər

2016-04-25 12:25:00

Martın 11-dən bəri dollar Azərbaycanda 8,6% ucuzlaşıb. Fins.az xəbər verir ki, ay yarım bundan əvvəl Amerika valyutasının rəsmi məzənnəsi 1,6456 manat olub. Hazırda isə kurs 1,5036 manatdır. Yaranmış fərq əmanət faizlərini silməyə kifayət edir. Məsələn, Bankda illik 12%-lə, 1000 dollar əmanəti olan əmanətçi, manatla ifadədə, mart ayının 11-də 1645 manata malik olduğu halda, bu gün 1000 dollar 1503 manata bərabərdir. Yəni, fərq 143 manatdır. Bu fərq də əmanətçinin qazanacağı 120 manatlıq (12%) faiz gəlirindən çoxdur. Əmanətçi 1000 dollarda 23 manat zərərdədir. Nəzərə alsaq ki, banklar dolları rəsmi məzənnədən 4%-ə qədər daha ucuz alırlar. Deməli, əmanətçinin zərəri daha çoxdur. Əgər dollar 1,40 səviyyəsinə düşərsə, dollar əmanətçilərinin zərəri daha çox olacaq: 1000 dollarda 125 manat (faiz çıxılmadan 245 manat ).

Mənbə: “Marja”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272