BANK

“Kapital Bank” Mərkəzi Banka 3 milyon manat borc qaytarıb
25 APREL
366

“Kapital Bank” Mərkəzi Banka 3 milyon manat borc qaytarıb

2016-04-25 09:53:00

Bu ilin 1-ci rübünün yekunlarına görə, “Kapital Bank”ın cəmi aktivləri 2 milyard 335,7 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 10,7% çoxdur. Rüb ərzində bankın cəmi öhdəlikləri 17,2% artaraq 2 milyard 31,44 milyon manat, cəmi kapitalı isə 6,1% artaraq 304,26 milyon manat olub.

Son 3 ayda “Kapital Bank”ın kredit portfeli 1,7% artaraq 1 milyard 181,6 milyon manata, depozit portfeli isə 6% artaraq 1 milyard 108,3 milyon manata çatıb.

Aprelin 1-nə “Kapital Bank”ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi 100 milyon manat təşkil edib. Bu da ilin əvvəlinə nisbətən 3 milyon manat azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275