BANK

Dollar kreditləri ilə bağlı qərar olacaq
24 APREL
2666

Dollar kreditləri ilə bağlı qərar olacaq

2016-04-24 21:56:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda dollar kreditlərinə güzəşt edilməsi məsələsinə münasibət bildirib. Fins.az-ın məlumatına görə, palata sədri deyib ki, bu məsələdə güzəşt edilməsi sosial ədalətin pozulması deməkdir: “Borclarını qaytarmaq istəməyən və qaytarmaq imkanında olmayan kateqoriyaları ayırmaq elə də asan deyil. Biz bu insanlara güzəşt etməklə onları mükafatlandırıq. Amma məsuliyyətli olub xarici valyutada kreditini qaytarmış insanları cəzalandırırıq. Onlar axı xarici valyutada götürdükləri krediti yeni məzənnə ilə qaytarıblar”.

         Eləcə də bax: “Banklar bunu etsələr, qarşısını alacağıq” – RÜFƏT ASLANLI

Rüfət Aslanlı bildirib ki, dollar kreditləri ilə bağlı məsələrə banklar və müştərilər arasında qarşılıqlı razılaşma əsasında həll olunmalıdır: “Bu mənim subyektiv fikrimdir, amma biz təşkilat olaraq vəziyyəti təhlik edirik, o barədə qərarlarımız olacaq. Onu da deyib ki, bu gün banklar ata biləcəkləri pozitiv addımlar barədə ictimaiyyətə məlumatlamdırmağa qorxurlar, bir qədər ürkək davranırlar”. 

        Eləcə də bax: “Banklar borclulara qarşı yumşaq davranırlar” – RÜFƏT ASLANLI

        Eləcə də bax: Azərbaycanda kreditləşmə qaydaları dəyişir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272