BANK

“Banklar bunu etsələr, qarşısını alacağıq” – RÜFƏT ASLANLI
24 APREL
1943

“Banklar bunu etsələr, qarşısını alacağıq” – RÜFƏT ASLANLI

2016-04-24 21:42:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda kreditləşmənin zəifləməsinə münasibət bildirib. Fins.az-ın məlumatına görə, palata sədri deyib ki, hazırda Azərbaycanda bununla bağlı heç bir məhdudiyyət yoxdur. “Həm istehlak, həm də biznes kreditləri verilə bilər. Sadəcə əvvəllər banklara daha çox vəsait daxil olurdu və həmin vəsait satılırdı. Əmanətlər ildə 30-35% artırdı. Halbuki, bu ilin əvvəlindən əmanətlərin məbləği 1,7 milyard manat azalıb"-deyə R.Aslanlı bildirib.

          Eləcə də bax: Dollar kreditləri ilə bağlı qərar olacaq

Qeyd edək ki, təkcə mart ayında kreditərdə azalma 150-200 milyon manat olub: "Odur ki, 2012-2013-cü illərdəki aqressiv, kütləvi kreditləşmə yaxın aylarda olmayacaq. Olsa belə, bunun qarşısını alacağıq. İndi banklar daha risksiz, sərfəli kreditləşmə siyasəti aparmalıdırlar və buna çalışırlar”-deyə R.Aslanlı bildirib.

        Eləcə də bax: “Banklar borclulara qarşı yumşaq davranırlar” – RÜFƏT ASLANLI

        Eləcə də bax: Azərbaycanda kreditləşmə qaydaları dəyişir

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272