BANK

Azərbaycan xaricdə daha bir bank açır
23 APREL
762

Azərbaycan xaricdə daha bir bank açır

2016-04-23 11:17:00

Monteneqroda Azərbaycan kapitalı ilə bank yaradılır. Fins.az-ın "Turan"a istinadən məlumatına görə, Monteneqro kommersiya subyektlərinin mərkəzi registri aprelin 13-də “Azmont Banka” Açıq Səhmdar Cəmiyyətinin qeydiyyata alındığını bildirib. İctimaiyyətə açıq informasiyada deyilir ki, bankın kapitalına 11 milyon 980 min avro qoyulub. Bankın yeganə səhmdarı “Azmont Investments” MMC-dir.

Monteneqro Mərkəzi Bankı Azmont Banka-ya lisenziyanın martın 1-də verildiyini bildirir. “Azmont Banka” ASC-nin Direktorlar Şurasına 5 nəfər daxildir. Onlar Əhməd Erentok, Rəşad Rəsullu, Rəşad Əliyev, Qorxmaz Ağayev və Ana İvanoviç-dir.

“Azmont Investments”in səhmlərinin 99,99 faizi “Azerbaijan Global İnvestments” MMC-yə məxsusdur. Bu investisiya şirkətinin səhmdarları isə “Pasha Development”, “AtaHolding” və “Synergy Group”dur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275