BANK

Azərbaycanda daha bir banka qadın rəhbərlik edəcək
22 APREL
557

Azərbaycanda daha bir banka qadın rəhbərlik edəcək

2016-04-22 17:10:00

Azərbaycan banklarından birinin Müşahidə Şurasına (MŞ) yeni sədr təyin edilib. Fins.az-ın məlumatına görə, söhbət “Caspian Development Bank”dan gedir. 

Bankın səhmdarlarının qərarı ilə, bu vəzifə Fərəh Məmmədovaya həvalə olunub. O, buna qədər bankın İdarə Heyətinin sədr müavini olub.

Xatırladaq ki, MŞ-nın keçmiş sədri İbrahim Alışov martın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru təyin olunub.

“Caspian Development Bank”dan bununla bağlı heç bir açıqlama verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272