BANK

Cəmi 1 filialla – 1,8 MİLYON MANAT MƏNFƏƏT
22 APREL
813

Cəmi 1 filialla – 1,8 MİLYON MANAT MƏNFƏƏT

2016-04-22 14:59:00

Bu ilin 1-ci rübünün yekununa görə, “Bank Avrasiya” nın cəmi aktivləri 120,5 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 2,2% azdır. 3 ay ərzində bankın cəmi öhdəlikləri 6,3% azalaraq 67,6 milyon manat, cəmi kapitalı isə 3,5% artaraq 52,9 milyon manat olub.

Aprelin 1-nə “Bank Avrasiya”nın kredit portfeli 87,3 milyon manat təşkil edib. Bu da ilin əvvəlinə nisbətən 9,1% çoxdur. Bankın depozit portfeli isə 5,9% azalaraq 27,5 milyon manat olub.

Hesabat dövründə “Bank Avrasiya”nın faiz gəlirləri 3,1 milyon manat, faiz xərcləri 0,9 milyon manat, qeyri-faiz gəlirləri 0,5 milyon manat, qeyri-faiz xərcləri isə 0,7 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti təxminən 2 milyon manat olub. Bunun da təxminən 0,2 milyon manatı Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Beləliklə, “Bank Avrasiya” ilin 1-ci rübünü 1 milyon 757,8 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, bu bank müştərilərinə baş ofisi və Sumqayıt şəhərində yerləşən yeganə filialı ilə xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270