BANK

Pensiyaçılara «kredit qadağası» barədə - RƏSMİ AÇIQLAMA
22 APREL
675

Pensiyaçılara «kredit qadağası» barədə - RƏSMİ AÇIQLAMA

2016-04-22 13:33:00

Pensiyaçılara kreditlərin dayandırılması barədə tövsiyyə onların sosial vəziyyətini nəzərə alaraq edilib. Bu barədə fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib. Palatadan deyilib ki, Azərbaycanda pensiyaçılara verilən kreditlərin verilməsi və onun nəticələri barədə məsələ, MBNP-nin rəhbəri Rüfət Aslanlı ilə bank rəhbərlərinin görüşündə müzakirə edilib.

Eləcə də bax: Pensiyaçılara kredit verilməsi qadağan edildi

Eləcə də bax: "Onlar krediti qaytarmamış vəfat edə bilərlər"

«Bu gün kreditlərin onların (pensiyaçıların – fins.az) sosial vəziyətinə təsiri nəzərə alınaraq, banklara tövsiyə olunub ki, pensiyaçılara kreditləri bir müddət dayandırsınlar». Başqa sözlə Palatadan bildirilib ki, söhbət qadağadan yox, tövsiyədən gedir. «Yaxın günlərlə bununla bağlı daha geniş açıqlama veriləcək» - deyə qurumdan bildiriblər.

Eləcə də bax: Onlar üçün kreditsiz həyat başlayır - AZƏRBAYCANDA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275