BANK

Azərbaycanda daha 2 bank birləşə bilər
21 APREL
1569

Azərbaycanda daha 2 bank birləşə bilər

2016-04-21 12:52:00

“Bank Standard” və “Azərbaycan Beynəlxalq Bankı” aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Fins.az xəbər verir ki, bunu bank bazarındakı mənbə deyib. Onun sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb. Lakin mənbə hesab edir ki, adıçəkilən bankların birləşməsi məsələsi aprelin sonunadək həll olunacaq.

Daha əvvəl "Bank Standard"ın "PAŞA Bank"la birləşmək imkanı nəzərdən keçirilib, lakin bu variant öz həllini tapmayıb. Bundan başqa, "Bank Standard" "AGBank"la birləşməyi planlaşdırırdı. Fevralda tərəflər birləşmək niyyəti barədə müvafiq protokol imzaladılar. Lakin sonradan bu məsələ öz aktuallığını itirdi.

"Bank Standard"ın yeganə səhmdarı "AB Standard" maliyyə-sənaye qrupuna gəlincə, mənbə əlavə edib ki, çox güman ki, "AB Standard" birgə bankın kapitalında iştirak edəcək, lakin maliyyə-sənaye qrupunun öz səhmlərini tam satmaq qərarına gələcəyi istisna edilmir.

Eyni zamanda "Bank Standard" maliyyə dəstəyinə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və hazırda Palata bankdakı vəziyyəti öyrənir.

Mənbə: “Trend”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271