BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
21 APREL
909

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-04-21 12:05:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan banklar “Azərbaycan Sənaye Bankı”, “Expressbank”, “Xalq Bank”, İran Milli Bankının Bakı filialı və “Turanbank”dır. Fins.az xəbər verir ki, bu banklarda Amerika valyutası 1,5 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Caspian Development Bank”dir. Bu bankda alış qiyməti 1,46 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank BTB” və “Bank VTB (Azərbaycan)”dadır. Bu banklar dolları 1,515 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Bank Standard”dır. Bu bankda satış qiyməti 1,564 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan bank “Parabank”dır – 1,69 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Caspian Development Bank”dır - 1,64 manata. Avronu ən ucuz “Nikoyl Bank” və “Azərpoçt” satır – 1,72 manata. Avronun ən baha satıldığı bank isə “Dekabank”dır – 1,78 manata.

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272