BANK

“Günay Bank” da mənfəət açıqladı
21 APREL
306

“Günay Bank” da mənfəət açıqladı

2016-04-21 10:55:00

Ötən il 3,56 milyon manat zərər edən “Günay Bank” 2016-cı ilin birinci rübünü 2,02 milyon manat xalis mənfəət ilə başa vurub.

Fins.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, Yanvar-Mart aylarında Bankın cəmi gəlirləri 1 milyon 539 min manat, o cümlədən faiz gəlirləri 1 milyon 406 min manat, qeyri-faiz gəlirləri 132 min 152 manat təşkil edib.

Xərclər çıxıldıqdan sonra Bankın 832 min 379 min əməliyyat mənfəəti qalıb. Həmçinin ehtiyatlardan 1 milyon 183,44 min manat götürülərək əməliyyat mənfəətinə əlavə edilib. Nəticədə Bankın vergilər ödənilənədək xalis mənfəəti 2 miyon 15,819 min manat təşkil edib. Bank 1-ci rübdə mənfəət vergisi ödəməyib.

AKTİVLƏRİ 100 MİLYON MANAT YAXINLAŞIB

31 Mart 2016-cı il tarixinə “Günay Bank”ın cəmi aktivləri 98 milyon 942 min manat, kredit portfeli 103 milyon  718 min manat, öhdəlikləri 35 milyon 7720 min manat və cəmi kapitalı 63 milyon 222 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin 1-cü rübü üzrə maliyə hesabatlarını açıqlayan bankların çoxu mənfəət açıqlayıblar.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274