BANK

“Dekabank”ın rəhbərliyində dəyişikliklər olub
21 APREL
762

“Dekabank”ın rəhbərliyində dəyişikliklər olub

2016-04-21 10:09:00

“Dekabank”ın Müşahidə Şurasında (MŞ) dəyişiklik olub. Fins.az-ın əldə etdiyi məlumata görə, MŞ üzvlərinin sayı 5-dən 3-ə endirilib. Şuraya əvvəlki kimi Sürəyya Ağazadə rəhbərlik edir. Bununla belə, MŞ-da yeni üzv də var – Bu, Lalə Ağazadədir. MŞ-nın digər üzvü kimi isə Azər Hüseynov qalmaqdadır. Rəfail Ağayev, Sərxan Həsənov və Ramal Quliyev MŞ-dan kənarlaşdırılıb.

Bankın İdarə Heyətinin (İH) üzvlüyündən isə Maliyyə və Əməliyyat Departamentinə rəhbərlik edən Bəhram Hüseynov çıxarılıb. Hazırda İH-nə Niyazi Vəliyev rəhbərlik edir. Onun müavini İsmayıl Əliyev, İH-nin digər üzvü isə Adil Səfərovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272