BANK

“Muğanbank”ın vaxtı keçmiş kreditləri 60%-dən çox artıb
20 APREL
361

“Muğanbank”ın vaxtı keçmiş kreditləri 60%-dən çox artıb

2016-04-20 15:18:00

Bu ilin 1-ci rübünün yekunlarına görə, “Muğanbank”ın vaxtl keçmiş kreditləri 33 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, 2015-ci ilin 1-ci rübü ilə müqayisədə 60,4% çoxdur. Problemli kreditlərin ümumi kredit portfelində 6,3%-dən 9,6%-ə yüksəlib.

“Muğanbank”ın vaxtı keçmiş kreditlərinin təxminən 40%-ni, yəni 13,1 milyon manatını istehlak kreditləri təşkil edir. Bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur.

“Muğanbank”ın ticarət sektorundan alacağı da az deyil – tacirlər banka 11,1 milyon manatın ödəməkdən yayınır. Bu da problemli kreditlərin təxminən 34%-ni təşkil etməklə, ötən ilin eyni dövrünə nisbətən 66% çoxdur.

Kənd təsərrüfatı istehsalçıları isə bankın 5,8 milyon manatını vaxtında qaytarmayıb. Amma ötən ilin eyni dövründə fermərlərin adında problemli kredit daha çox olub – 6,5 milyon manat.

“Muğanbank”ın vaxtı keçmiş kreditlərində tikinti sektoru 2 milyon manata yaxın, sənaye sektoru 687 min manat, nəqliyyat sektoru 312 min manat, ipoteka ilə ev alanlar 29 min manat, digər sektorlar isə 30 min manat paya malikdir.

Bank qarşısında kredit öhdəliklərini ən yaxşı mərkəzi və bələdiyyə orqanları yerinə yetirib. Bu qurumların banka vaxtı keçmiş borcu heç 1000 manata çatmır – cəmi 760 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271