BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
20 APREL
732

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-04-20 12:02:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Unibank”dır. Fins.az xəbər verir ki, bu banklarda Amerika valyutası 1,5068 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan banklar isə “Caspian Development Bank” və “Yapı Kredi Bank (Azərbaycan)”dir. Bu banklarda alış qiyməti 1,46 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank BTB” və “Bank Silk Vey”dədir. Bu banklar dolları 1,515 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə Pakistan Milli Bankının Bakı filialıdır. Bu bankda satış qiyməti 1,57 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan bank “Parabank”dır – 1,7 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Azərbaycan Beynəlxalq Bankı”, “Muğanbank” və “Kapitalbank”dır - 1,65 manata. Avronu ən ucuz “Bank Silk Vey”, “Dəmirbank” və “Expressbank” satır – 1,73 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır – 1,7876 manata.

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270