BANK

Bu ölkədə banklar kredit götürənlərə faiz ödəyir
19 APREL
763

Bu ölkədə banklar kredit götürənlərə faiz ödəyir

2016-04-19 18:32:00

Danimarka vətəndaşı Xans-Oeter Kristensen 11 il əvvəl götürdüyü ipoteka kreditinə görə ödənişləri davam etdirdiyi bir vaxtda, sonuncu rüb bank özü ona 249 kron, yəni təxminən 38 dollar ödəyib. Fins.az rus mərbuatına istinadən xəbər verir ki, buna səbəb onun krediti üzrə faiz dərəcəsinin komisyon haqqı nəzərə alınmadan -0,0562% olmasıdır. Kristensenin sözlərinə görə, onun valideynləri aldığı pulun qəbzini çərçivəyə qoyub saxlamağı məsləhət görüblər: “Bu, gələcək nəsillərə sübüt etmək üçün lazımdır”.

Bank sektorunda mənfi faiz dərəcəsinin tətbiqinə Danimarka Mərkəzi Bankı 4 il bundan əvvəl qərar verib. Amma bu təcrübə başqa ölkələrdə də var. Məsələn, Avropa Mərkəzi Bankı və Yaponiya Bankı mənfi faizdən istifadə etməklə iqtisadiyyarın inkişafını stimullaşdırmağa çalışırlar. İsveçrə, İsveç və Danimarka isə mənfi faizdən milli valyutanın məzənnəsini avroya nisbətdə korreksiya etmək üçün faydalanırlar. Baza faiz dərəcəsinin -0,65% olduğu Danimarka digər ölkələrlə müqayisədə bunu daha əvvəl tətbiq edib. Qonşu İsveş isə bu addımı 2015-ci ilin fevral ayında atıb. Norveç isə neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq hələ ki, faizi mənfiyə keçirməyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272