BANK

“Banklar bundan narahat olmamalıdır” - AÇIQLAMA
19 APREL
436

“Banklar bundan narahat olmamalıdır” - AÇIQLAMA

2016-04-19 09:47:00

Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları yüksək gəlirliliyə malik olsa da, Azərbaycanda manat əmanətlərinin sığortalanması faizinin artırılması üçün əsas deyil. Bu barədə fins.az-a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

“Qiymətli kağızlar bazarında vəziyyət heç vaxt sabit olmur. Bu gün həmin istiqrazların gəlirliliyi 15% ola bilər, sabah 10%-ə düşə bilər. Bu o demək deyil ki, əmanətlərin sığortalanması faizi də dərhal ona uyğunlaşdırılmalıdır. Amma istənilən halda, bu məsələyə Himayəçilər Şurası qərar verir”.

Eləcə də bax: Prezidentin köməkçisi: "Bəzi bank sahibləri banklarına mağaza kimi baxır"

Xatırladaq ki, dövlət qiymətli kağızlarının bazarda yüksək gəlirliliklə realizə edilməsi bankları narahat etməyə başlayıb. Məsələ ondadır ki, banklar manatla əmanəti adətən 12%-dən yüksək gəlirliliklə qəbul edə bilmir. Maliyyə Nazirliyinin istiqrazlarının gəlirliliyi isə bəzən 17%-ə çatır. Bu da son nəticədə bank əmanətlərinə marağı azaldır. Bir qədər əvvəl Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovla görüşdə bank rəhbərləri manat əmanətlərinin sığortalanması faizinin 16-18%-ə çatdırılması təklifi ilə çıxış etmişdi. Natiq Əmirov isə buna ehtiyac olmadığını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272