BANK

Avropa Mərkəzi Bankının qərarı dolları bahalaşdıracaq
18 APREL
1176

Avropa Mərkəzi Bankının qərarı dolları bahalaşdıracaq

2016-04-18 18:15:00

"Bloomberg" agentliyinin 47 iqtisadçı arasında apardığı sorğunun nəticələrinə əsasən, Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin 2016-cı ildə ikinci dəfə monetar ekspansiya ilə bağlı qərar verəcəyi bildirilib. 

Fins.az-ın məlumatına görə, ECB bu ilin mart ayında 3 faiz alətinin hər birində azalma edib. Bank marjinal borclanma faizini 0,25%-ə, uçot dərəcəsini 0%-ə, depozit faizlərini isə -0,4%-ə endirib. Buna baxmayaraq, avrozonada iqtisadi artım və inflyasiya müşahidə olunmayıb. Belə ki, mart ayında avrozonada inflyasiya 0%, son rüb ÜDM artımı isə 0,3% olub. ECB monetar ekspansiya vasitəsilə iqtisadi artımı sürətləndirməyə çalışsa da, qiymətli kağızların geri alınması yolu ilə iqtisadiyyata 1,1 trln. avro (1,24 trln. dollar) vəsaitin daxil edilməsi hələ ki, öz bəhrəsini verməyib. 

"Bloomberg"in sorğusunun nəticələrinə əsasən, respondentlərin 61%-i ECB-nin sentyabrın 8-də keçirəcəyi iclasda monetar ekspansiya ilə bağlı qərar qəbul edəcəyi proqnozlaşdırılır. Respondentlər ECB-nin istiqrazları geri alaraq maliyyə bazarlarını nağd vəsaitlə təmin etməsindən çox depozit və marjinal borcvermə faizlərini 10 bənd azaldacağını ehtimal edirlər.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270