BANK

Azərbaycada müstəqil “exchange”lər açıla bilər
18 APREL
847

Azərbaycada müstəqil “exchange”lər açıla bilər

2016-04-18 14:39:00

Azərbaycanda valyuta-dəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilə bilər. Fins.az LİDER TV-yə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və konkret təkliflərlə çıxış edib. Təkliflərdə həm, banklara məxsus məntəqələrin bərpası, həm də yeni tipli valykta məntəqələrinin açılması əksini tapıb.

Belə ki, ABA-nın sədri Zakir Nuriyev bildirib ki, Palataya banklara məxsus “exchange”lərin fəaliyyətinin bərpası ilə yanaşı, valyuta ticarətini müstəqil formada həyata keçirəcək hüquqi şəxslərin yaradılması üçün hüquqi bazanın formalaşdırılması təklif olunub.

Təkliflər arasında otellərin valyuta mübadiləsi aparması üçün lisenziyalaşdırılması məsələsi də var. ABA rəhbəri hesab edir ki, ölkəyə gələn turistləri yüksək səviyyəli xidmət göstərilməsinin bir elementi də məhz otellərdə “Exchange”lərin fəaliyyət göstərməsi ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275