BANK

İpoteka kreditləşməsinin şərtləri dəyişdirilir
18 APREL
1447

İpoteka kreditləşməsinin şərtləri dəyişdirilir

2016-04-18 12:21:00

Yaxın vaxtlarda Azərbaycanda ipoteka kreditləri sahəsində dəyişikliklərə başlanacaq. Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun açıq səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı işlər artıq başa çatıb. Bu barədə fins.az-a Nazirlər Kabinetindən bildirilib. Onun sözlərinə görə, bunun üçün lazımi sənədləşmə işləri aparılıb, müvafiq rəylər alınıb, prosedurlar yerinə yetirilib. Yeni ASC tezliklə fəaliyyətə başlayacaq. 

Xatırladaq ki, “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması ilə bağlı Prezident İlham Əliyev ötən il, oktyabrın 27-də fərman imzalayıb. Fərmanda İpoteka Fondunun  hüquqi təşkilati formasının dəyişdirilməsi ilə yanaşı, Azərbaycanda ipoteka kreditlərinin şərtlərinə yenidən baxılması və dəyişdirilməsi də nəzərdə tutulub. Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılmışdı ki, İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etsin. 

Eləcə də bax: «İpoteka fərmanı çox şeyi dəyişəcək» - BANKİRLƏRİN GÖZLƏNTİSİ

Sənədə əsasən, Azərbaycanın ipoteka sistemində aparılan dəyişikliklərdən sonra ipoteka kreditləri ilə bahalı evlər almaq mümkün olmayacaq. ASC-nin vəsaiti ilə yalnız o evlər alınacaq ki, onların bir kvadratmetrinin qiyməti ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmasın. 

Eləcə də bax: İpoteka kreditlərinin hansı evlərə veriləcəyi açıqlandı - FƏRMAN 

Bundan başqa, fərmana əsasən, ipoteka kreditləri ilə yalnız təmirli evlər almaq mümkün olacaq. Digər tərəfdən ipoteka kreditləri ilə yalnız tikintisi başa çatmış və istismarına icazə verilmiş binalardakı mənzilləri də almağa icazə veriləcək. 

Sosial evlər ipotekaya mane olmayacaq

Nazirlər Kabinetində deyirlər ki, hökumətin bir qədər əvvəl başladığı sosial evlər təşəbbüsü dövlət xətti ilə ipoteka kreditlərinin verilməsinə mane olmaacaq. 

Qeyd edək ki, Bu günlərdə isə dövlət başçısı “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalayıb. Bu agentliyin tabeliyindəki “MİDA” MMC əhalinin aztəminatlı təbəqəsi üçün sosial evlərin tikintisi ilə məşğul olacaq. 

Eləcə də bax: Azərbaycanda yeni agentlik yaradıldı - PREZİDENTDƏN FƏRMAN 

Hökumətdə bildirirlər ki, sosial evlər layihəsi ilə ipoteka proqramı arasında heç bir bağlılıq yoxdur. Bu tədbirlər ayrı-ayrılıqda həyata keçiriləcək

Eləcə də bax: Banklar ipotekanı çətinləşdiriblər - YENİ TƏLƏBLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275