BANK

10 gündən sonra Azərbaycanda iki bank birləşə bilər
15 APREL
2077

10 gündən sonra Azərbaycanda iki bank birləşə bilər

2016-04-15 19:12:00

Lisenziyaları Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən geri çağırılan "Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın birləşdirilməsi ilə bağlı qərar aprelin 26-da qəbul olunacaq. Fins.az xəbər verir ki, bunu "Qafqaz İnkişaf Bankı"nın Müşahidə Şurasının sədri Eldar İsmayılov deyib.

Birləşmə barədə qərar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmişdi. Bununla əlaqədar banklardan birinin lisenziyası bərpa olunmalıdır, lakin Mərkəzi Bank bu qərardan apelyasiya şikayəti verib.

E.İsmayılovun sözlərinə görə, məhkəmənin qərarından şikayət verilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin iclası aprelin 26-da baş tutacaq: "Ümid edirik ki, qərar xeyrimizə qəbul ediləcək".

AMB-dən verilən məlumatda qeyd olunur ki, 8 fevral 2016-cı il tarixində "Atrabank"və "Qafqaz İnkişaf Bankı"nın iflas proseduruna başlanılmasına dair ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib. Məhkəmənin 19 fevral 2016-cı il tarixli qərarı ilə sözügedən bankların birləşməsi barədə qərar qəbul edilib. Mərkəzi Bank bu qərardan apelyasiya şikayəti verib. İş hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır.

Mənbə: "Trend"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275