BANK

Daha bir bankı Əmanətlərin Sığortalanması Fondu ləğv edəcək
15 APREL
1016

Daha bir bankı Əmanətlərin Sığortalanması Fondu ləğv edəcək

2016-04-15 17:23:00

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası geri çağırılan "Texnikabank"ın ləğv edilməsi prosesi Əmanətlərin Sığortalanması Fonduna (ADIF) tapşırılıb. Fins.az xəbər verir ki, bu barədə ölkənin maliyyə bazarındakı mənbə bildirib. Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə "Texnikabank" müflis elan edilmiş və "M.M.M. Perfekt Konsaltinq" şirkəti ləğvedici təyin edilmişdi.

Mənbə: “Trend”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275