BANK

“Rabitəbank”dan 83 dəfə geriləmə
14 APREL
462

“Rabitəbank”dan 83 dəfə geriləmə

2016-04-14 22:28:00

Bu ilin 1-ci rübünün yekununa görə, “Rabitəbank”ın cəmi aktivləri 428,2 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 32,8% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 41,9% artaraq 370,1 milyon manat, cəmi kapitalı isə 12,6% azalaraq 58 milyon manat olub.

3 ayın yekununda “Rabitəbank”ın kredit portfeli 209 milyon təşkil edib. Bu da, 2015-ci ilin ilk ayının yekununa nisbətən təxminən 11% azdır.

Kredit portfelinin 6,1%-i və yaxud 12,7 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Ötən ilin eyni dövründə bu nisbət 4,8% olub. Problemli kreditlərin məbləği son 1 ildə 14,4% artıb.

Bankın depozt portfeli isə 22,7% artaraq 209,7 milyon manat təşkil edib.

Hesabat dövründə “Rabitəbank”ın faiz gəlirləri 8,6 milyon manat (13,6% azalma), faiz xərcləri 4,9 milyon manat (32,7% artım), qeyri-faiz gəlirləri 2,6 milyon manat (44,2% azalma), qeyri-faiz xərcləri isə 0,7 milyon manat (42,3% artım) olub. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 5,6 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 46,4% azdır.

Bankın inzibati xərcləri 2,9 milyon manat, ehtiyatların yaradılmasına ayırmaları isə 2,7 milyon manat olub. Beləliklə, “Rabitəbank”ın 1-ci rübü cəmi 12 min manat xalis mənfəətlə başa vurub. 2015-ci ilin 1-ci yekununda isə bank 998 min manat xalis mənfəət əldə etmişdi. Yəni, bu göstərici təxminən 83 dəfə azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272