BANK

İpoteka kreditlərini ən çox bu bankda verirlər
14 APREL
702

İpoteka kreditlərini ən çox bu bankda verirlər

2016-04-14 15:30:00

Bu ilin 1-ci rübünün yekunlarına görə, Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin sayına görə “Zaminbank” 1-ci olub. Fins.az Azərbaycan İpoteka Fonduna istinadən xəbər verir ki, bank indiyə qədər 1590 nəfərə ipoteka krediti verib.

Reytinq cədvəlində həmişə ilk yeri tutan “AGBank” isə bu dəfə 2-ci yerdə qərarlaşıb. Bankın verdiyi ipoteka kreditləri 3 ay ərzində cəmi 7 ədəd artıb və 1439 olub. “Xalq Bank” 1270, Dəmirbank 1254, “Bank Standard” 1186 ipoteka krediti ayırıb.

Ən az ipoteka verən banklar “Rabitəbank” (8 ədəd), “Azərbaycan Sənaye Bankı” (12 ədəf), “Amrahbank” (47 ədəd), “Yapı Kredi Bank (Azərbaycan)” (52 ədəd) və lisenziyası ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” (64 ədəd) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270