BANK

​Azərbaycandakı bankların şəffaflıq üzrə renkinqi
13 APREL
788

​Azərbaycandakı bankların şəffaflıq üzrə renkinqi

2016-04-13 14:39:00

Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının maliyyə göstəricilərinin açıqlamasını özündə əks etdirən şəffaflıq göstəricisi üzrə renkinqini hazırlanıb.

2016-cı il yanvarın 1-nə olan maliyyə göstəriciləri ilə bağlı sorğu anketi 25 bank tərəfindən cavablandırılıb. Digər banklar isə göstəriciləri ictimaiyyətdən gizlədib.

Belə ki, 46 sualdan ibarət sorğu anketinin bütün suallarına yalnız "Rabitabank" ASC tərəfindən cavab alınıb. Daha sonra isə məlumatların açıqlanmasında şəffaflıq göstərən banklar sırasında "Turanbank", "Zaminbank", "Parabank", "Günaybank", "Muğanbank", "Kredobank", "Expressbank", "Qafqaz İnkişaf Bankı" və "Accessbank" ilk onluqda yer alıb.

Banklar əsasən aktivlər, kredit portfeli, məcmu kapital, mənfəət, nizamnamə kapitalı, depozit portfeli, nağd vəsaitlər, gəlir və xərclərini açıqlayıb. Kredit və depozit portfelinin strukturunu isə açıqlamaqdan yayınıblar. 

Hansı bankların fəaliyyətini şəffaf, hansının gizli saxlaması ilə aşağıdakı cədvəldə tanış ola bilərsiz:

Banklar Şəffaflıq 
Rabitabank 46/46
Turanbank 45/46
Zaminbank 44/46
Parabank 42/46
Gunaybank 39/46
Muganbank 30/46
Kredobank 22/46
Expressbank 20/46
Caucasus Development Bank 20/46             
Accessbank 18/46
ASB Bank 18/46
Ziraat Bank Azerbaijan 18/46
AFB Bank 17/46
Pasha Bank 17/46
Azer-Turk Bank 17/46
Deka Bank 17/46
Dəmirbank 16/46
Silkway Bank 15/46
Bank Melli İran-Baku 14/46
Caspian Development bank 13/46
Bank Avrasiya 9/46
Kapital Bank 6/46
Atabank 5/46
YapiKredi Bank Azerbaijan 4/46
Unibank 1/46
Nikoil Bank 0
Xalg Bank 0
Amrahbank 0
Texnika Bank 0
VTB Azerbaijan 0
Atrabank 0
NBC Bank 0
AG Bank 0
Bank of Baku 0
Bank Respublika 0
Azerbaijan İnternational Bank  0
Pakistan National Bank-Baku 0

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272