BANK

«Manatla kredit vermək sərf eləmir» – AÇIQLAMA
13 APREL 2016
908

«Manatla kredit vermək sərf eləmir» – AÇIQLAMA

2016-04-13 14:35:00

Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) Maliyyə Bazarlarına Nəzarət Palatasının dollarla istehlak kreditlərinin dayandırılması barədə qərarından narazıdır. Bunu fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.

«Bu kreditləşməyə mənfi təsir edəcək»

Onun sözlərinə görə, onsuz da manatın təkrar devalvasiyasından sonra kreditləşmə kifayət qədər zəifləyib. Palatanın qərarı isə BOKT-ların kredit vermək imkanını bir qədər də azaldacaq: “Bu, kreditləşməyə mənfi təsir edəcək. BOKT-ların cəlb etdiyi vəsaitdə dolların payı böyükdür. Böyük kredit təşkilatları hamısı vəsaiti dollarla əldə edir. Onlara manatla kredit vermək sərf etmir. Belə bir qərar özünün manatın sabit dövründə, dollar 78 qəpiyə satılanda doğrulda bilərdi”.

“Manatla kredit yaxşıdır, amma ...” 

Bununla yanaşı, Süleyman Kələşov bildirib ki, AMFA kreditləşmənin manatla olmasında maraqlıdır: “Təbii ki, biz istəyərdik ki, kreditlər Azərbaycanın milli valyutasında verilsin. Amma hələ ki, məzənnənin gələcəyi ilə bağlı əminlik yoxdur. İnvestorlar manatla borc vermir, dollarla verdiyi pulu dollarla tələb edir. Təbii ki, indiki dövrdə dolları manata çevirib kredit vermək olmaz”. 

“3-4 BOKT-a güzəşt olunub” 

Süleyman Kələşov BOKT-ların xarici investorlardan güzəşt müddəti alması məsələsinə də aydınlıq gətirib: “Təxminən 3-4 BOKT artıq razılıq əldə edib. Onlar aldıqları vəsaitin bir qismini bu il qaytarmalı idilər. Dediklərinə görə həmin BOKT-lar üçün müddəti 1 il uzadıblar. Bu güzəşt onlara burdakı müştərilərinə də güzəşt etməyə imkan verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8466
  • ₽ RUB
    0.0301