BANK

"Fitch": Azərbaycan banklarının problemli kreditləri artacaq
13 APREL
274

"Fitch": Azərbaycan banklarının problemli kreditləri artacaq

2016-04-13 10:06:00

"Fitch" beynəlxalq reytinq agentliyi post-devalvasiya dövründə Azərbycan bank sektorunu dəyərləndirib.

"Fitch" agentliyin məlumatına görə dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində baş verən manatın devalvasiyası Azərbaycan banklarına mənfi təsir edib və onların problemli kreditlərdən yaranan zərəri təmin etməsində çətinlik yaranıb. Agentlik bildirib ki, problemli kreditlərin həcminin daha da artacağı ehtimal edilir.

"Fitch"in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5%-ə yüksəlib. Qeyd olunur ki, 2014-ci ilin sonunda bu göstərici 8,3% olub. 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272