BANK

Dolları «insafla» dəyişən banklar - SİYAHI
12 APREL
1456

Dolları «insafla» dəyişən banklar - SİYAHI

2016-04-12 13:06:00

Azərbaycan bankları ABŞ dollarının alış və satış qiymətləri arasında fərqi azaltmaqdadır. Fins.az əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, banklar əvvəlki aylarda olduğu kimi yüksək valyuta marjası müəyyən etmirlər. Azərbaycanda manatın məzənnəsinin sabitləşməsi, milli valyutanın yaxın gələcək üçün perspektivinin müəyyən edilməsi bankları dolları daha baha alıb, daha ucuz satmağa stimullaşdırıb.

Məsələn, hazırda “Azərbaycan Sənaye Bankı”nda Amerika valyutası 1,51 manata alınır, 1,54 manata satılır. Yəni, bank hər 100 dolların alınıb-satılmasına görə 3 manat qazanır. Halbuki, 1 ay bundan əvvəl, bu göstərici 5 manat olub. Martın 14-də bank dolları 1,63 manatdan alıb, 1,68 manatdan satıb. 

“Xalq Bank” və “Nikoyl Bank”da isə gəlir marjası daha aşağıdır. Bu banklar dolları 1,51 manata alıb, 1,535 manata satırlar. Yəni, bankların hər 100 dolların alış-satışından qazancı 2,5 manatdır. Halbuki, martın 14-də “Nikoyl Bank”da dollar 1,6 manatdan alınıb, 1,68 manatdan satılıb. Yəni, fərq hər 100 dollar üçün 8 manat olub. 

Marjanın azalması tendensiyası “Accessbank”, “Atabank”, “Bank Silk Vey”, “Caspian Development Bank”, “Dekabank”, “Dəmirbank”, “Muğanbank”, “Expressbank”, “Nikoyl Bank”, “Rabitəbank”, “Turanbank”, “ Yapı Kredi Bank”da da müşahidə edilir.

Bəzi banklarda isə valyuta marjası artıb. Məsələn, 1 ay ərzində hər 100 dollar üçün fərq “AFB Bank”dan 6 manatdan 8 manata, “AGBank”da 9 manatdan 10,5 manata, “Amrahbank”da 4 manatdan 4,5 manata, “Azərbaycan Beynəlxalq Bankı”nda 9 manatdan 10,68 manata, “Azər-Türk Bank”da 6,45 manatdan 7,7 manata, “Bank of Baku”dan 8 manatdan 10 manata, “Bank BTB”də 3,5 manatdan 6 manata, “Bank Standard”da 7,4 manatdan 9,7 manata, “Bank VTB (Azərbaycan)”da 2 manatdan 3,9 manata, “Kapital Bank”dan 8,1 manatdan 10,75 manata, “Naxçıvanbank”da 9,5 manatdan 10 manata, “Unibank”da 7 manatdan 8,59 manata, “Zıraat Bank (Azərbaycan)”da 6 manatdan 11 manata qalxıb. 

Ümumiyyətlə, müşahidələr göstərir ki, dolların alqı-satqı qiymətləri arasında ən böyük fərq “Yapı Kredi Bank (Azərbaycan)”dadır.  Əvvəlki aylarda da bu bankda alış-satış qiyməti arasındakı fərq hər 100 dollar üçün 12 manatdan aşağı olmayıb. 

«Ziraat Bank (Azərbaycan)»da isə qiymət fərqi əvvəllər az olsa da (martda 6 manat), sonraan burada da marja kəskin artaraq 11 manata çatıb. Nəticədə hazırda dolların alış-satış qiymətləri arasında ən yüksək fərq olan banklar is “Yapı Kredi Bank (Azərbaycan)” (11,3 manat) və “Zıraat Bank (Azərbaycan)”dır (11 manat).

 

 

12 aprel

11 mart

12 fevral

1

“Accessbank”

4,60

6,40

4,90

2

“AFB Bank”

8,00

6,00

5,50

3

“AGBank”

10,50

9,00

5,50

4

“Amrahbank”

4,50

4,00

5,50

5

“Atabank”

5,00

6,50

-

6

“Azərbaycan Beynəlxalq Bankı”

10,68

9,00

6,24

7

“Azərbaycan Sənaye Bankı”

3,00

6,50

2,50

8

“Azər-Türk Bank”

7,70

6,45

3,00

9

“Bank Avrasiya”

5,00

-

-

10

“Bank of Baku”

10,00

8,00

6,00

11

“Bank BTB”

6,00

3,50

4,50

12

“Bank Respublika”

9,00

-

-

13

“Bank Silk Vey”

4,00

7,00

-

14

“Bank Standard”

9,70

7,40

-

15

“Bank VTB (Azərbaycan)”

3,90

2,00

6,80

16

“Caspian Development Bank”

5,50

6,20

-

17

“Dekabank”

3,50

6,15

-

18

“Dəmirbank”

4,50

8,00

6,00

19

“Expressbank”

4,50

4,95

-

20

“Günaybank”

4,00

-

-

21

“Xalq Bank”

2,50

-

-

22

“Kapital Bank”

10,75

8,10

-

23

“Kredobank”

6,00

-

-

24

İran Milli Bankının Bakı filialı

5,00

-

-

25

“Muğanbank”

6,50

7,13

8,00

26

“Naxçıvanbank”

10,00

9,50

8,30

27

“NBC Bank”

6,00

-

-

28

“Nikoyl Bank”

2,50

7,00

5,00

29

Pakistan Milli Bankının Bakı filialı

-

-

-

30

“Parabank”

6,30

-

-

31

“PAŞA Bank”

4,40

-

-

32

“Rabitəbank”

6,00

7,50

-

33

“Turanbank”

6,00

7,00

4,50

34

“Unibank”

8,59

7,00

4,85

35

“Yapı Kredi Bank (Azərbaycan)”

11,28

12,88

12,10

36

“Zaminbank”

7,00

8,00

-

37

“Zıraat Bank (Azərbaycan)”

11,00

6,00

-

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272