BANK

Azərbaycan bankına «gizli alıcı»lar gəlib
12 APREL
902

Azərbaycan bankına «gizli alıcı»lar gəlib

2016-04-12 11:04:00

«4Service» beynəlxalq araşdırma şirkəti  «NIKOIL Bank»ın xidmətlərinin keyfiyyətini müəyyənləşdirmək məqsədi ilə Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş ofisi də daxil olmaqla, filial şəbəkəsində müştərilərə xidmətin keyfiyyətini qiymətləndirib.  Şirkətin qaydalarına uyğun olaraq bu proses banka «gizli alıcı» adlanan müştərinin daxil olması ilə aparılıb. 

«Gizli alıcılar» bankda müştərinin qarşılanması, salamlanması, onunla ünsiyyətin qurulması, müştərinin tələbat və prioritetlərinin müəyyən edilməsi, etirazlarla və mübahisəli vəziyyətlərlə iş, kassirin işi, işçi heyətinin xarici görünüşü və davranışına qədər müxtəlif sahələrdə keyfiyyəti müəyyən ediblər. Monitorinqin birinci mərhələsinin nəticələrinə görə NIKOIL Bank şəbəkəsinin ümumi indeksi 100 mümkün baldan 74,06 bal təşkil edir ki, bu da “Kafi” kateqoriyasına müvafiqdir. Bu, NIKOIL Bankın doğru xidmət strategiyasını göstərir və “əla” göstəricisinə nail olmaq üçün yüksək potensialın olduğunu nümayiş etdirir. 

«Mystery shopping» proqramının nəticələrinin ətraflı təhlili NIKOIL Bank inkişaf etdirilməsi sahəsində göstərilən xidmətin nəticələrinin yüksəldilməsinin təmin edilməsi üzrə səylərin cəmləşdirilməli olduğu minimum problemli məqamları və zonalarını aşkar etməyə imkan vermişdir. Müştərini dəvət etmək –bu, hələ onu qoruyub saxlamaq demək deyil, ona görə də müştərilərin sədaqəti - NİKOYL Bank uçun ən əsas kapitaldır»-deyə bankdan bildirilib. 

Qeyd edək ki, 4Service Group – Customer Experience beynəlxalq araşdırma şirkəti «Mystery shopping» xidmətinin aparıcı provayderidir və xidmətin keyfiyyətinin marketinq araşdırmaları və müştəri təcrübəsinin yaxşılaşdırılması üzrə ixtisaslaşıb. 4Service Group 2001-ci ildən xidmət məsələləri ilə peşəkar səviyyədə məşğul olur. 52 Şərqi və Mərkəzi Avropa, Balkan, Qafqaz və Orta Asiya ölkəsində 300 000-dən çox gizli alıcıları var. 400-dən çox müştəri-tərəfdaşa və müxtəlif seqmentdən ən yaxşı təcrübənin sintezinə malikdir. Şirkət 2005-ci ildən MSPA «Mystery shopping» aparıcı beynəlxalq peşəkar provayderlər assosiasiyasının üzvüdür. 4Service Group-n bütün layihələri MSPA Europe-n keyfiyyət standartları və etik prinsiplərinə cavab verir.

Bu gün NİKOYL Bank - hesablaşma, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatları özündə ehtiva edərək, mili və xarici valyutalarda həyata keçirilən tam xidmətlər paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı şəhərində və Azərbaycanın regionlarında yerləşən 21 satış nöqtəsinə malikdir. Sosial şəbəkədə bankın rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272