BANK

Bu bankdan kredit almaq üçün maaş 2500 manat olmalıdır
12 APREL
793

Bu bankdan kredit almaq üçün maaş 2500 manat olmalıdır

2016-04-12 09:53:00

Azərbaycanın bank sektoruna əsasən korporativ bank kimi daxil olmuş “Zıraat Bank Azərbaycan”ın istehlak kreditlərinin şərtləri məlum olub. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, bankdan kredit almaq istəyən müştərilərin minimum əmək haqqı 2500 manat olmalıdır. Bu isə o deməkdir ki, “Zıraat Bank Azərbaycan”dan heç də hamı kredit ala bilməyəcək. Yəni bankın borcalanları mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitə sahəsində, eləcə də dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslər ola bilər. Bank istehlak krediti almaq istəyən müştərinin ödəniş qabiliyyətini onun aylıq maaşının yarısı qədər qiymətləndirir. Yəni, 2500 manat maaş alan adam “Zıraat Bank Azərbaycan”a ayda 1250 manat ödəyə bilər. Amma başqa bankda kredit olmamaq şərti ilə. İstehlak kreditləri maksimum 3 il müddətə, manatla, illik 23-26%-lə ayırır. Kreditin təminatı zamin və yaxud daşınmaz əmlak olmalıdır. Zamin üçün maaşa minimum hədd qoyulmayıb. Daşınmaz əmlakın bazar dəyəri isə götürülmüş kreditdən azı 1,5 dəfə çox olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270