Yanvar ayında məlum olmuşdu ki, Avropa komissiyası ictimai yerlərdə üz tanıma texnologiyalarının istifdəsinin 5 il ərzində qadağan edilməsini nəzərdən keçirdir. O müddətə kimi ki, bu məsələdə vahid bir həll yolu tapılsın. Bu təklif süni zəka onun hüquq-mühafizə orqanlarına verdiyi imkanların müzakirəsi zamanı təqdim edilmişdi. İstisnalar qismində tədqiqat layihələri və təhlükəsizliyin təmin olunması tədbirləri çıxış edə bilərdilər.
Süni zəka barəsində olan sənədin yeni layihəsində insanların üz tanıma texnologiyalarının istifadəsi üçün nəzərdə tutulmuş qadağa aradan qaldırılıb. Bu barədə Engadget saytı xəbər verib. Bunun yerinə Avropa komissiyası Avropa Birliyinə üzv olan ölkələrə bu məsələdə öz qaydalarını təyin etməyi təklif edib. Risklərin qiymətləndirilməsi üçün isə mütəxəssislərdən ibarət müstəqil qruplar yaradılmalıdır.
Məlumata əsasən qanunvericiliyin tərtib olunması zamanı verilmiş moratorium insan hüquqlarının qorunmasını dəstəkləyir, təhlükəsizliyin təmin olunmasında maraqlı olan kənar müşahidəçilər isə buna qarşı çıxırdılar. Bütün dünya üzrə olan nizamlayıcılar və rəsmi şəxslər şübhə və tənqid yaradan üz tanıma sistemləri məsələsinə aydınlıq gətirməyə çalışırlar. San Fransiskoda bu texnologiyalar məhdudlaşdırılmış qadağa altına düşüblər. İngiltərə parlamentində də bu məsələ müzakirə olunsa da sonradan ləğv edilib.