AVTO

Formula 1 yarışı hava şəraitinə görə təxirə salınıb
11 OKTYABR
264

Formula 1 yarışı hava şəraitinə görə təxirə salınıb

2019-10-11 13:14:00

“Formula 1” üzrə Yaponiya Qran-prisinin sıralama turu “Xaqibis” tayfununa görə təxirə salınıb.

Fins.az Beynəlxalq Avtomobil Federasiyasına (FIA) istinadən xəbər verir ki, oktyabrın 12-ə nəzərdə tutulan təsnifat mərhələsi bir gün sonraya keçirilib. Hava şəraitindən asılı olaraq, yarışın proqramında əlavə dəyişikliklər də ediləcək. Hazırda “Xaqibis” tayfunu 25 km/saat sürətlə Marian adalarından Yaponiyaya doğru irəliləyir. Qasırğanın mərkəzindəki küləyin sürəti 75 m/s çatır. Tayfun 12 və 13 oktyabrda Yaponiya ərazisindən keçəcək. Bu səbəbdən ölkə daxilində 800-ə yaxın aviareys və reqbi üzrə Dünya Kubokunun 2 oyunu təxirə salınıb. Qeyd edək ki, sonucu dəfə 2014-cü ildə Yaponiyada tayfun “Formula 1” yarışına problem yaradıb. Həmin il oktyabrın 5-də keçirilmiş Qran-pridə “Marussia” komandasının pilotu Jül Byanki “Suzuka” trasında 126 km/saat sürətlə qəzaya uğrayıb və komaya düşüb. Fransalı sürücü 17 iyul 2015-ci ildə Nitsada vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır