AVTO

Bronto Nivanın sadə Niva ilə MÜQAYİSƏSİ
11 OKTYABR
1172

Bronto Nivanın sadə Niva ilə MÜQAYİSƏSİ

2019-10-11 10:07:00

Bu il VAZ 2121 modelin 45 ili tamam olur.

Fins.az xəbər verir ki, sovet maşınlarının arasında dünyada ən populyar model VAZ 2121 sayılır. Yəni NİVA.

45 ildir NİVA avtomobillərə xüsusi rəğbət yaranıb.

Hazırda NİVA Brontolar dəbdədir. Tüninq olunmuş Brontoların qiyməti də bahadır.

Yaxşı, bəs Bronto Nivanın sadə Nivadan fərqi nədir?

Yerdən 35 mm daha hündür, 33 mm daha enli, arxa körpü biraz güclü, amortizatorlar Chevrolet Niva ilə dəyişdirildi, ön və arxa oxdakı vintşəkilli özüqapanan differensiallar və ABS sistemi olan əyləclər əlavə olundu, damına da 2 ədəd yük çubuğu artırıldı. Mühərrik eyni qalsa da 100 km/s sürəti 1 saniyə gec yığdı, maksimal sürət aşağı düşdü. Cordiant Off Road təkərlər, salonun daha yaxşı səs izolyasiyası, duman faraları və kondisioner sistemi əlavə olunmuşdur. Dama quraşdırılan baqajda 50 kq yük daşıya bilərsiniz.

• Bronto 4x4 (3 qapı) - Motor 1.7 / L4 / 83 HP / 129 Nm / 0-100 = 18 saniyə / maksimal sürət 137 km.h / trasda 9.4 L, şəhər içində 16.7 L / ötürücü tam / 5 pilləli transmissiya / uzunluq 3680 mm, eni 1713 mm, hündürlük 1740 mm, yerdən hündürlük 240 mm, təkər bazası 2200 mm / təkər ölçüsü 235/75 R15 / ağırlıq 1285 kq / yüklə birlikdə maks ağırlıq 1610 kq / baqaj həcmi 265/585 L / yanacaq tutumu 42 L

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır