AVTO

Koreyadan olan avtomaşınlar. Salamat avtomaşınlar, nadir modellər
10 OKTYABR
132

Koreyadan olan avtomaşınlar. Salamat avtomaşınlar, nadir modellər

2019-10-10 11:39:00

Azərbaycan bazarında xaricdən gətirilən işlənmiş avtomobillərin əksəriyyəti ABŞ-ın, yaxud da Avropanın payına düşür. Əgər Amerikadakı avtomobillərin hər şeydən öncə, yol-nəqliyyat hadisələri kimi hallarla əlaqəli olduğunu nəzərə alarıqsa, o zaman Avropa bazarlarından böyük yürüşlü və heç də yaxşı vəziyyətdə olmayan maşınlar gəlir. Rusiya, yaxud Çin variantlarını nəzərdən keçirməyin mənası yoxdur, çünki bu ölkələrin avtomobil sənayesi xüsusi keyfiyyəti ilə seçilmir. Döyəclənmiş amerikan və Avropa nimdaşlarına bir alternativ varmı? Bəli -  Koreyadan olan işlənmiş avtomobillər.

Tarixöncəsi

Cənubi Koreyadan olan işlənmiş maşınlar Amerika, yaxud Yaponiyada olduğu kimi, ölkədə hərraclar meydana gəldiyi andan etibarən aktual olmağa başladı. Onlar Koreya bazarının işlənmiş nəqliyyat vasitələrinin reallaşdırılması ilə öz səyləri hesabına məşğul olmağı dayandırdıqdan sonra meydana çıxdı və işlənmiş avtomobillərin ixracı ilə bağlı ciddi məsələ yarandı. Bu prosesi stimullaşdıran həmin Asiya ölkəsinin bunun üçün əlverişli şəraitlər yaratmış hökuməti oldu. Artıq indi Koreya avtomobillərinin idxalı ilə Ukraynada, Gürcüstanda və s. ölkələrdə fəal surətdə məşğul olurlar. AuctionAuto şirkəti Azərbaycan sakinlərinə əla keyfiyyətdə olan Koreya avtomaşınlarını münasib qiymətlərlə əldə etmək üçün bu nadir imkandan faydalanmalarını təklif edir.

İşlənmiş Koreya avtomobillərinin xüsusiyyətləri

Koreyadan olan işlənmiş avtomobillərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların əksəriyyəti yol-nəqliyyat hadisələrinə məruz qalmamış avtomobillərdir. Bəli, avtomobillər azacıq boyanmış ola bilərlər, bəzi avtomobillər isə yüz minlərlə kilometr yol qət edə bilərlər və s. Çənubi Koreya bazarı bizimkindən cüzi fərqlənir. Orada köhnə xarab əşyalar var, lakin çoxlu sayda yaxşı təkliflər də var.

Koreyada işlənmiş və köhnə avtomobilləri necə alırlar

Artıq söylənildiyi kimi, Koreyada işlənmiş avtomobillərin satışı tədricən hərraclar müstəvisinə keçməkdədir. Onlar ABŞ, yaxud Yaponiya olduğu qədər də çox deyil və çeşiddə bir qədər kasadlıq var. Koreyanın əksər avtomobil hərracları hələlik həftədə bir dəfə olmaqla bir-iki hərrac keçirməyə məcburdurlar.

Lakin satışöncəsi sistem və hərraclar arasındakı fasilələr hərrac iştirakçısı olan şirkətlərə ən maraqlı variantları ilk öncə öz təcrübələri müstəvisində yoxlamaq imkanı verirlər. Bu məqsədlə, Koreyadan avtomobil idxalı ilə məşğul olan şirkətlərin əksəriyyətində öz ofislərini açır və işə,ticarət-sərgi zallarına gedərək, müştərilərinin hədəflədiyi avtomobillərlə tanış olan  ştatlı mütəxəssislər götürürlər. Bu cür yanaşma qaydası idxalçılara həqiqətən keyfiyyətli işlənmiş avtomobillər seçmək imkanı verir.

Koreyada hansı avtomobillər satılır?

Koreya bazarında bu ölkədən olan istehsalçıların yaxşı tanınmış marka və modelləri satılır. Kia və Hyundai şirkətlərinin məhsulu daha geniş şəkildə təqdim olunmuşdur. Bizdə nəzərəçarpacaq dərəcədə populyarlıq qazanmış SsangYoung yerli bazarda avtomobil mütəxəssiləri tərəfindən yüksək qiymətləndirilir, məhz buna görə də bu markadan olan avtomobillər də yetərincədir.

Lakin bir sıra üstünlüklər də var. Koreyanın daxili bazarında digər ölkələrə tədarük olunmamış modellərin modifikasiyası da var. Məsələn, Koreyada dizel variantlarında Hyundai Sonata, yaxud Kia Optima (K5) kimi məşhur sedanlar satılır. Bu zaman, avtomobilə qazla işləmə sistemi hələ zavoddan quraşdırılır və avtomobildə hətta benzin bakının nəzərdə tutulmadığı yeganə yanacaq sistemidir.

Əlavə olaraq, bir üstünlük də avtomobillərin özünün keyfiyyəti ilə bağlıdır. Koreya avtomobilləri daxili bazar üçün olduqca keyfiyyətlə yığılır. Bu da onların uzunömürlülüyünə birbaşa təsir göstərir.

Onu da qeyd etməyə dəyər ki, Koreya avtomobilindəki işıq optikası və ölçmə şkalaları (sürət, yanacaq məsrəfi, temperatur və s.) Avropa maşınlarındakılarla eynidir.

Bu səbəbdən də, Amerika Birləşmiş Ştatlarından alınan zaman baş verdiyi kimi, mil və qallonlara adət etməyə lüzum qalmır.

İşlənmiş avtomobilləri Koreyadan necə almalı?

Təəssüflər olsun ki, Koreya avtomobil hərraclarının özlərinin sərt tələbləri var. Hərraclarda iştirak etmək hüququna nümayəndələri müstəsna olaraq Koreya vətəndaşları ola bilən yalnız lisenziyalı dilerlər malikdir. Buna görə də, Koreyada auksionda işlənmiş avtomobil almaq yalnız vasitəçinin iştirakı ilə mümkündür. 

Koreya avtomobillərinin çatdırılması və gömrük rəsmiləşdirmələrindən keçirilməsi

Avtomobillərin Koreyadan gətirilməsi xüsusi bərədə həyata keçirilir.ABŞ-dan çatdırlmadan fərqli olaraq, Koreyadan olan avtomaşınlar konteynerə yüklənmirlər və xüsusi gəmilərə yüklənir (rolling on/rolling out (ro ro). Bu cür çatdırılma olduqca təhlükəsizdir, çünki avtomobilin bu cür daşınma zamanı zədələnməsi ehtimalı minimuma endirilir. Avtomobillər İnçxon limanında (Seula yaxın) yüklənir və onların Yunanıstanda digər bərəyə yükləndiyi Pireus limanına (ro-ro), sonra da avtodaşıyıcılarla Azərbaycana aparıldığı Poti (Gürcüstan) limanına göndərilir. Koreya avtomobilləri digər ölkələrdən olan maşınlarda eynilə olduğu şəkildə gömrük rəsmiləşdirmələrindən keçirilir.

Koreyadan olan avtomobillərin qiymətləri

Modelindən, ilindən və yürüşündən asılı olaraq, Koreyadan olan işlənmiş avtomobillərin qiymətləri Azərbaycandakı Koreya maşınlarının dəyərindən əlverişli surətdə fərqlənir. Bu kontekstdə, Koreya avtomaşınları Amerika və Avropadan olan maşınlarla rəqabətə də girə bilər. Koreyadan gətirilən avtomobillərə nümunəvi qənaət Azərbaycandakı analoqlarına nisbətdə daxili qiymətlərlə müqayisədə  15-25% təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır