AVTO

İflas olan kredit təşkilatı avtomobillərini TƏCİLİ satır
11 OKTYABR
2247

İflas olan kredit təşkilatı avtomobillərini TƏCİLİ satır

2019-10-11 12:21:00

İflas prosesində olan BOKT "Vijn Fond AzərKredit" MMC-yə məxsus 5 ədəd işlənmiş minik nəqliyyat vasitələrinin topdansatışı həyata keçiriləcək.

Fins.az xəbər verir ki, satışda iştirak etmək istəyən şəxslər ərizə formasını dolduraraq 16 oktyabr 2019-cu il tarixinədək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsndə yerləşən ofisinə təqdim edə və ya [email protected] e-poçt ünvanına göndətə bilərlər. Nəqliyyat vasitələrinin minimum topdansatış qiyməti 58 500 manat olaraq müəyyənləşdirilib. Satış 23 oktyabr 2019-cu il tarixində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır