AVTO

"Renault" ən ucuz modelini YENİLƏYİB
09 OKTYABR
240

"Renault" ən ucuz modelini YENİLƏYİB

2019-10-09 12:30:00

Hazırda Renault şirkətinin təklif etdiyi ən əlçatan model Kwid krossoveri sayılır.

Qeyd etmək lazımdır ki, bu krossover sərfəli qiymətə olmasına baxmayaraq, Hindistan istisna olmaqla, digər bazarlarda o qədər də populyarlıq qazanmayıb. Hindistan bazarında modelin yeni rəqiblərinin təqdim edilməsi fransızları krossoveri yeniləməyə məcbur edib. Yenilənmiş Renault Kwid bir ay bundan əvvəl təqdim edilmiş City K-ZE elektrik krossoverinin üslubunda eksteryerə malik olub. Yenilənmiş model ikimərtəbəli LED işıq texnikasına, dəyişdirilmiş arxa bamperə və 3731 mm uzunluğunda kuzova malik olub. Avtomobilin klirensi də 185 mm qədər artırılıb. Bundan sonra Kwid modeli 14-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir. Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır