AVTO

“Tesla” ötən rüb 97 min avtomobil satıb
03 OKTYABR
98

“Tesla” ötən rüb 97 min avtomobil satıb

2019-10-03 11:41:00

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” bu ilin III rübündə 97 000 nəqliyyat vasitəsi istehsal edib və satıb. 

Fins.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb. 

Yazıda qeyd olunub ki, rüblük satış proqnozu doğrultmayıb. Belə ki, "Tesla" ötən rüb 79 600 ədəd "Model 3", 17 400 ədəd isə "Model S” və “Model X“ tədarük edib. Ümumi göstərici üzrə proqnoz isə 99 000 avtomobil olub. 

Xatırladaq ki, "Tesla" baş direktoru (CEO) Elon Musk bu ilin əvvəlində 2019-cu il üçün istehsal və satış proqnozlarının 360-400 min avtomobil olduğunu demişdi. Əgər “Tesla” IV rübdə 105 min avtomobil tədarük etsə məqsədinə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır