AVTO

Avtomobil idxalında sürət düşmür - İKİQATA YAXIN ARTIM
17 SENTYABR
253

Avtomobil idxalında sürət düşmür - İKİQATA YAXIN ARTIM

2019-09-17 10:24:00

2019-cu ilin Yanvar- Avqust ayları ərzində (8 ayda) Azərbaycana 26 min 695 ədəd cəmi nəqliyyat vasitələri idxal olunub. 

Fins.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar-Avqust dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Belə ki, ötən ilin Yanvar-Avqust dövründə ölkəmizə 14 min 34 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu. 2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda isə 3 min 721 ədəd nəqliyyat vasitəsi idxal edilib.

O cümlədən, 2019-cu ilin Yanvar-Avqust aylarında Azərbaycana 24 min 88 ədəd minik avtomobili, 246 ədəd avtobus, 2 min 262 ədəd yük avtomobili və 99 ədəd xüsusi təyinatlı vasitə idxal olunub. ​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Avqust dövründə 12 min 525 ədəd minik avtomobili, 100 ədəd avtobus, 1 332 ədəd yük avtomobili və 77 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır